Premyer Liqada bərabərlik günü
Azərbaycan Premyer Liqasında 15-ci turun oyunları keçirilir. Bu gün daha 2 qarşılaşma baş tutub.
“Şamaxı” “Kəpəz”lə üz-üzə gəlib. Matçda hesabı qonaqlar açıb. Mixeil Erqemlidze 11-ci dəqiqədə fərqlənib. Lakin meydan sahibləri üstünlüyünü artırıb və bərabərlik qolunu vurmağa nail olub. 68-ci dəqiqədə Bahadur Həziyev oyunda yekun nəticəni müəyyənləşdirib – 1:1.
Günün ikinci matçında “Qarabağ” “Zirə”ni qəbul edib. Qarşılıqlı hücumlarla keçən matçda tərəflər fərqlənməyə nail ola bilməyib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.