Premyer Liqada ayrılıq

Premyer Liqada ayrılıq

“Vulverhempton”da ayrılıq baş verib. Klub baş məşqçi Xulen Lapotegini istefaya göndərib.

İngiltərə Premyer Liqasının startına bir neçə gün qalmış tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. 54 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında transfer məsələlərində fikir ayrılığı yaranmışdı. Lapotegi ötən ilin noyabr ayından komandaya başçılıq edirdi. Bu müddət ərzində “Vulverhempton” ispaniyalı baş məşqçini rəhbərliyi altında 27 oyun keçirib. “Canavarlar” bu görüşlərin 10-da qələbə qazanıb, 12-də uduzub və 5-də heç-heçə oynayıb.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”dən 70 milyonluq təklif

Növbəti yazı

“Çelsi” təhlükədə