Premyer Liqada ayın futbolçusu adına namizədlər
Premyer Liqada ayın ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib. Bunu qurumun rəsmi səhifəsi açıqlayıb.
Mükafat uğrunda 6 futbolçu mübarizə aparır. Siyahı belədir:
Duqlas Lui (Aston Villa) – 2 qələbə, 1 heç-heçə, 2 qol, 1 məhsuldar ötürmə;
Brayan Mbemo (Brentford) – 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, 2 qol, 2 məhsuldar ötürmə;
Pedro Neto (Vulverhempton) – 1 qələbə, 2 heç-heçə, 3 məhsuldar ötürmə;
Deklan Rays (Arsenal) – 2 qələbə, 1 heç-heçə, 1 qol, 1 məhsuldar ötürmə;
Kristian Romero (Tottenhem) – 3 qələbə, 2 quru oyun;
Məhəmməd Salah (Liverpul) – 2 qələbə, 1 heç-heçə, 5 qol.