Premyer Liqada antirekord

Premyer Liqada antirekord

İngiltərə Premyer Liqasının XIX turunda “Vulverhempton” 123 il əvvəlki antirekordu təkrarlayıb. Komanda “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçəyə razılaşıb.

“Qurdlar” bu nəticə ilə İngiltərədə mövsümün startından etibarən 19 turda qələbə qazana bilməyən ikinci komanda olub.

Sonuncu dəfə bu cür uğursuzluğu “Bolton” kollektivi (1902/1903) yaşayıb.

Qeyd edək ki, “Vulverhempton” cari mövsüm üç matçda bərabərə qalıb, 16 oyunda uduzub.

ETOPAZ

Əvvəlki yazı

Rays sıradan çıxdı

Növbəti yazı

Pyaniçdən son qərar