Premyer Liqada antirekord

Premyer Liqada antirekord

“Lester” İngiltərə Premyer Liqasında yeni antirekorda imza atıb. “Tülkülər” evdəki ardıcıl quru hesablı məğlubiyyət sayında antirekordçu olub.

“Lester” 6 belə matç keçirib. Rud van Nistelroyun yetirmələri “Brentford”la qarşılaşmada 0:4 hesabı ilə uduzub.

Bunadək “tülkülər” öz meydanında “Arsenal”, “Fulhem”, “Kristal Pelas” və “Mançester Siti”yə eyni – 0:2, “Vulverhempton”a 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Lester” Premyer Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Siti”də ciddi itki

Növbəti yazı

“Nyukasl”ın transfer hədəfi