Premyer Liqada 7-ci tur təxirə salındı
İngiltərə çempionatının 7-ci turu təxirə salınıb. Bunu Premyer Liqanın mətbuat xidməti açıqlayıb.
Belə addım atılmasına Böyük Britaniya kraliçası II Yelizavetanın ölümü səbəb olub. 1952-ci il fevralın 6-da 25 yaşında taxta çıxan kraliça 70 il ölkəni idarə edib.