Premyer Liqada 50-ci qol

Premyer Liqada 50-ci qol

Azərbaycan Premyer Liqasının VIII turu Abdullah Zubir üçün əlamətdar olub. “Qarabağ”ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub. O, “Turan Tovuz”la səfər oyununda (2:1) fərqlənib.

Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.

1Nazim Əliyev183
2Müşfiq Hüseynov125
3Rövşən Əhmədov116
4-5Qurban Qurbanov115
Samir Ələkbərov115
6Alay Bəhramov108
7Nadir Nəbiyev103
8-9Xaqani Məmmədov102
Vadim Vasilyev102
10Kənan Kərimov101
11Musa Qurbanov94
12Fazil Pərvərov89
13Samir Musayev88
14-15Fərrux İsmayılov85
İmamyar Süleymanov85
16Samir Əliyev84
17İsmayıl Məmmədov76
18İlham Məmmədov74
19Azər İsayev73
20Paşa Əliyev72
21Badri Kvaratsxeliya71
22Zaur Ramazanov70
23Filip Ozobiç67
24Yunis Hüseynov66
25-26Vidadi Rzayev65
Mahir Əliyev65
27Rauf Əliyev63
28-30Mahmud Qurbanov61
Ramiz Məmmədov61
Georgi Adamiya61
31Mahir Emreli59
32Rəşad Abdullayev58
33Davit Volkov56
34Vaqif Cavadov53
35Amil Yunanov52
36-37Riçard Almeyda51
Həsən Abdullayev51
38-42Viktor İqbekoyi50
Vüqar Qəmbərov50
Mehman Baxışov50
Yalçın Bağırov50
Abdullah Zubir50

Zubir həm də “Qarabağ”ın heyətində ümumilikdə 72-ci qolunu vurub. Bütün turnirlərdə 325 matça çıxan fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib. O, 71 qol vuran Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Real”ın Endrik planı

Növbəti yazı

 “Simurq”un rekordu təkrarlandı