MOK-un lX Hesabat-seçki Baş Məclisində yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası oldu
Premyer Liqada 45-ci uğursuz
Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə Premyer Liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb. Muxtar Respublika təmsilçisinin kapitanı Azərbaycan Premyer Liqasının XV turunda öz qapısına qol vurub.
O, bu uğursuzluğu “Səbail”lə matçda (1:1) yaşayıb. Bunadək 44 müxtəlif klubun futbolçuları öz qapısına qol vurmuşdu. “Araz-Naxçıvan” bu siyahıda 45-ci olub.
“Neftçi” hamıdan çox – 23, “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan” hərəsi 18 belə halla üzləşib.