Premyer Liqada 30-cu qələbə

Premyer Liqada 30-cu qələbə

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 30-cu qələbəsini qazanıb. Bu yubiley Azərbaycan Premyer Liqasının XV turuna təsadüf edib. Elmar Baxşıyevin baş məşqçi olduğu komanda öz meydanında “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib.

Naxçıvan təmsilçisi 30-cu qələbəsini 93-cü oyunda əldə edib. Bu qələbələrdən 19-u evdə, 11-i səfərdə qazanılıb.

“Araz-Naxçıvan”ın ilk uğuru 2000/01 mövsümünə təsadüf edib. Muxtar Respublikanın təmsilçisi 2000-ci il avqustun 20-də səfərdə Quba “Şahdağ”ına 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatlarında 30 və daha çox qələbə qazanan 33-cü komandadır.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada ilk

Növbəti yazı

5-ci rusiyalı, 65-ci legioner