Premyer Liqada 25-ci qol
“Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev Azərbaycan çempionatlarında 25-ci qolunu vurub. 29 yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XXIII turuna təsadüf edib.
“Səbail”lə səfər görüşündə (2:2) dubla imza atan futbolçu öncə 25-ci, ardınca 26-cı qolunu vurub. O, çempionatda keçirdiyi 144-cü matçda “25”i keçib.
Əliyev bu qollarını üç klubda vurub. O, “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 3 dəfə fərqlənib. Orxan Azərbaycan çempionatları tarixində ən azı 25 qol vuran 124-cü futbolçudur.