Premyer Liqada 2 matçın vaxtı dəyişdirildi
Azərbaycan Premyer Liqasında iki oyunun vaxtı dəyişdirilib. Bunu PFL-in rəsmi saytı açıqlayıb.
Təşkilati işlərlə əlaqədar olaraq Azərbaycan Premyer Liqasının 2-ci turunun 12 avqust tarixinə təyin olunmuş oyunlarının başlanma vaxtları dəyişdirilib. Belə ki, “Araz Naxçıvan” – “Qəbələ” oyunu 18:30, “Zirə” – “Kəpəz” görüşü isə 21:00-da başlanacaq.