Premyer Liqada 100-cü oyun

Premyer Liqada 100-cü oyun

Azərbaycan Premyer Liqasının IX turu “Zirə”nin futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub. Yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. 

Bu, “Sumqayıt”la ev matçına (1:0) təsadüf edib. Ceyhun qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.

Hesabında 11 qol olan Nuriyev Premyer Liqada iki klubun formasını geyinib. Premyer Liqada 2020/21 mövsümündə “Sabah”da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), “Zirə”də 54 (7 qol) dəfə şans qazanıb. 

ETOPAZ

Əvvəlki yazı

Haaland Şirerin rekorduna şərik çıxdı

Növbəti yazı

200-cü məğlubiyyət