Premyer Liqada 100-cü oyun

Premyer Liqada 100-cü oyun

“Neftçi”nin futbolçusu Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Onun yubileyi Azərbaycan Premyer Liqanın XXVI turuna təsadüf edib. 32 yaşlı müdafiəçi “Turan Tovuz”la görüşə (1:1) start heyətində çıxıb.

Höccət Premyer Liqada 2 klubun formasını geyinib. O, “Sumqayıt”da 40 (1 qol), “Neftçi”də 60 matç keçirib.

Qeyd edək ki, müdafiəçinin debütü 2020/21 mövsümünə təsadüf edib. O, 2021-ci il yanvarın 22-də “Şamaxı” – “Sumqayıt” matçında (0:1) qonaqların heyətində meydana çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Tarixdə 10-cu, mövsümdə ilk

Növbəti yazı

“Qarabağ”la “Zirə” dünya reytinqində gerilədi