Premyer Liqada ən yaxşı adına namizədlər

Premyer Liqada ən yaxşı adına namizədlər

İngiltərə Premyer Liqasında noyabr üçün ayın oyunçusu adına namizədlər açıqlanıb. Siyahıya 6 futbolçunun adı daxil edilib. Bunlar “Liverpul”dan Trent Aleksander-Arnold, Dioqo Jota, “Mançester Siti”dən Joau Kanselu, Bernardu Silva, “Uotford”dan Emmanuel Dennis, “Aston Villa”dan Con Makqindir.

Ayın məşqçisi adına isə 3 namizəd var. “Aston Villa”nın yeni baş məşqçisi Stiven Cerrard da bu siyahıda yer alıb. Onun rəqibləri dəfələrlə ən yaxşı seçilmiş Yurgen Kloppla (“Liverpul”) Pep Qvardioladır (“Mançester Siti”).

e-Topaz

Əvvəlki yazı

“Barselona” 5 futbolçusunu satacaq

Növbəti yazı

Günün kuponu – 04.12.2021