Premyer Liqada ən yaxşı adına 6 namizəd
İngiltərə Premyer Liqasında ayın oyunçusu adına namizədlərin siyahısı açıqlanıb. Sentyabrın ən yaxşısı olmağa 6 futbolçu iddia edir.
Onlar 6 müxtəlif klubun üzvləridir. Namizədlər siyahısında Joau Kanselu (Mançester Siti), Kriştiano Ronaldo (Mançester Yunayted), Antonio Rudiger (Çelsi), Allan Sen-Maksimen (Nyukasl), Məhəmməd Salah (Liverpul) və İsmail Sarr (Uotford) yer alıb.
Xatırladaq ki, ayın oyunçusu mükafatının qalibi gələn ay açıqlanacaq.