Premyer Liqa tarixində ilk dəfə
İngiltərə Premyer Liqası tarixində ilk dəfə oyunu xarici hakim idarə edəcək. Bu, VI turda gerçəkləşəcək.
“Uotford” – “Nyukasl” qarşılaşmasının baş hakimi Carred Jillet olacaq. Avstraliyalı referiyə qədər heç bir xarici hakim Premyer Liqa görüşünü idarə etməyib.
Xatırladaq ki, sentyabrın 25-dəki matç Uotforddakı “Vikaric Park”da keçiriləcək.