Premyer Liqa tarixində 6-cı
“Arsenal”ın futbolçusu Bukayo Saka Premyer Liqadakı məhsuldarlığını 50-yə çatdırıb. Onun aktivində qol+ötürmə sistemi ilə 51 xal var.
Bukayo “Everton”la 7-ci turdan təxirə salınan matçda bir qol və bir assistlə yadda qalıb. Bu, onun 50-ci və 51-ci məhsuldar hərəkəti olub.
Saka bunu 21 yaş 177 günlüyündə reallaşdırıb. Onun aktivində 27 qol və 24 assist var.
Bukayo Premyer Liqa tarixində 50-yə çatan 6-cı ən gənc oyunçudur. Yalnız Maykl Ouen, Ueyn Runi, Robbi Fauler, Sesk Fabreqas və Kris Satton bunu daha gənc ikən gerçəkləşdirib.
Qeyd edək ki, “Arsenal” bu matçda 4:0 hesabı ilə qalib gəlib.