Premyer Liqa nəhəngləri təhlükədə
İngiltərə nəhəngləri “Mançester Siti” və “Çelsi” Premyer Liqadan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib. Hər iki klub maliyyə feyr-pleyi üzündən cəzalana bilər.
Mançesterlilər 115 qayda pozuntusundan şübhəli hesab olunur. London klubu isə sabiq sahibi Roman Abramoviçin dövründəki ödənişlərə görə cəzalanmaq təhlükəsi yaşayır.
Qeyd edək ki, Premyer Liqanın bir klubu artıq cəzalanıb. “Everton”dan 10 xal silinib.