Premyer Liqa klubundan Moyes qərarı
Devid Moyes “Vest Hem”in baş məşqçi postunda qalacaq. Klub rəhbərliyi onu komandada saxlamağa qərar verib.
60 yaşlı mütəxəssisin müqaviləsi 2024-cü ilin yayında bitəcək. Premyer Liqa klubunun rəhbərliyi onunla danışıqlar aparacaq.
Hazırda London təmsilçisi Premyer Liqanın turnir cədvəlində 15-cidir. “Vest Hem” 36 oyundan sonra 37 xala malikdir.