Premyer Liqa klubunda yeni müdafiəçi

Premyer Liqa klubunda yeni müdafiəçi

“Vulverhempton” heyətinə yeni futbolçu qatıb. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

“Vest Hem”in müdafiəçisi Kreyq Douson “canavarlar”ın formasını geyinəcək. Premyer Liqa təmsilçisi onunla 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Bu keçid 3,3 milyon funt sterlinqə gerçəkləşib. Douson cari mövsüm 8 matç keçirib.

ETOPAZ

Əvvəlki yazı

Halanddan rekord

Növbəti yazı

Ronaldodan qələbə ilə debüt