Premyer Liqa klubunda yeni baş məşqçi
“Uotford”un yeni baş məşqçisi bəlli olub. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisini Rob Edvards çalışdıracaq. O, baş məşqçi postunda Roy Hocsonu əvəzləyib.
40 yaşlı uelsli mütəxəssis Premyer Liqasını tərk edəcəyi dəqiqələşən “Uotford”a Çempionşipdə rəhbərlik edəcək. Onun əsas vəzifəsi komandanı yenidən güclülər sırasına qaytarmaq olacaq.