Premyer Liqa klubunda vida
Yuri Tilemans “Lester”dən ayrılıb. Bunu futbolçunun özü açıqlayıb.
Belçikalı yarımmüdafiəçi Çempionşipə yuvarlanan komandanı azad agent kimi tərk edib. O, “Barselona” və “Arsenal”ın maraq dairəsindədir.
Tilemans “Lester”də 4,5 mövsüm keçirib. O, 158 matçda 21 qol vurub.