Premyer Liqa klubunda müqavilə
“Aston Villa” futbolçusu Con Makqidi ilə yeni müqavilə imzalayıb. Bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.
Yeni anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub. 2018-ci ildə İngiltərə klubuna keçən yarımmüdafiəçi Birminhem təmsilçisində 299 matça çıxıb. O, 33 qol və 41 assistə imza atıb.
Qeyd edək ki, Con Şotlandiya millisinin formasını da geyinir.












