Premyer Liqa klubunda ciddi itki
“Nyukasl” ciddi itki ilə üzləşib. İngiltərə klubu hücumçusu Kallum Uilsonun xidmətindən məhrum olub.
Forvardın Premyer Liqanın “Mançester Yunayted”lə (1:1) qarşılaşmasında aldığı xəsarət ciddi olub. 29 yaşlı futbolçu 8 həftə meydanlardan kənar qalacaq. Uilson “Nyukasl”ın cari mövsümdə ən yaxşı bombardiridir. O, 15 görüşdə 6 qola imza atıb.