Premyer Liqa klubuna iki müştəri
İngiltərənin daha bir klubu sahibini dəyişməyə yaxındır. “Everton”a yeni müştərilər çıxıb.
ABŞ-ın “777 Partners” investisiya fondu Premyer Liqa təmsilçisinə sahib olmaq istəyir. Şimali amerikalılar bunun üçün 600 milyon funt sterlinq ödəməyə hazırdır.
“MSP Sports Capital” şirkəti də “Everton”u almaq fikrindədir. ABŞ-dan olan müştəri danışıqlara hazırlaşır.
Klubun indiki sahibi Farhad Moşiri Liverpul təmsilçisini mümkün qədər tez satmaq istəyir. Bu üzdən danışıqlar yaxın müddətdə başlayacaq.
İran və Böyük Britaniya vətəndaşlığı olan Moşiri “Everton”u 2016-cı ildə alıb.