Potterin maaşı bəlli oldu
“Çelsi”nin yeni baş məşqçisi Qrem Potterin qazanacağı məbləğ bəlli olub. 47 yaşlı böyük britaniyalı ildə 13,8 milyon avro maaş alacaq.
O, beş illik müqaviləsi müddətində ümumilikdə 69 milyon əldə edəcək. “Çelsi” Potterin əvvəlki komandası “Brayton”a 17,2 milyon kompensasiya ödəyib.