Potter İsveç millisində
İsveç millisinin yeni baş məşqçisi bəlli olub. Yığmaya Qrem Potter rəhbərlik edəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər arasında artıq razılıq əldə olunub.
Qeyd edək ki, 50 yaşlı mütəxəssis son olaraq İngiltərə Premyer Liqası təmsilçilərindən “Vest Hem” klubuna rəhbərlik edib.












