Potter istefaya göndərildi
İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. “Çelsi” baş məşqçisi Qrem Potterlə yollarını ayırıb.
47 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Baş məşqçi vəzifəsi müvəqqəti Bruno Saltora həvalə olunub.
Potter 2022-ci ilin sentyabrında “Çelsi”nin baş məşqçisi təyin edilmişdi. “Brayton”u tərk edən mütəxəssis 5 illik anlaşmaya imza atsa da, cəmi 7 ay bu postda qalıb.
“Çelsi” Potterin rəhbərliyi altında 31 matçda 12 qələbə qazanıb, 8 heç-heçə edib və 11 dəfə uduzub. Premyer Liqada 28 oyunda 38 xal toplayan komanda 11-ci sırada qərarlaşıb.