Potter ikinci oldu

Potter ikinci oldu

“Çelsi” cari mövsüm Çempionlar Liqasında Qrem Potterin rəhbərliyi altında 5-ci qələbəsini qazanıb. London klubu 1/8 finalda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib.

Evdəki cavab görüşünədək 47 yaşlı mütəxəssisin yetirmələri “Milan”ı iki (3:0, 2:0), “Zalsburq”la Zaqreb “Dinamo”sunu bir (hər ikisini 2:1) dəfə üstələyib. Potter Çempionlar Liqasında mövsüm ərzində 5 qələbə qazanan ikinci ingiltərəli mütəxəssis olub.

Onadək yalnız Bobbi Robson bunu bacarıb. 2002/03 mövsümündə “Nyukasl” mütəxəssisin rəhbərliyi altında bu qədər qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi” və “Benfika” 1/4 finalda

Növbəti yazı

“Bavariya”da Kanselo qərarı