Postekoğlu “Lester”dən imtina etdi
“Seltik”in baş məşqçisi Angelos Postekoğlu “Lester”i çalışdırmaqdan imtina edib. İngiltərə klubu 57 yaşlı mütəxəssislə danışıqlara başlamaq istəyib.
Amma çalışdırıcı “tülkülər”in onun planlarına daxil olmadığını bildirib. Brendan Rocersi istefaya göndərməyi planlaşdıran “Lester”in digər namizədi “Brentford”un baş məşqçisi Frankdır.