Portuqaliyadan tarixi qələbə
Portuqaliya millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb. Pireneyllər buna AVRO-2024-ün seçmə mərhələsində nail olub.
6-cı turun matçında Lüksemburqla görüşən portuqaliyalılar 9:0 hesabı ilə qalib gəlib. Bu da yığma tarixində ən böyük qələbə olub.
Qeyd edək ki, Portuqaliya seçmə mərhələdə növbəti oyununu oktyabrın 13-də keçirəcək. Onlar evdə Slovakiya ilə üz-üzə gələcək.