Portuqaliya və Polşa dünya çempionatında

Portuqaliya və Polşa dünya çempionatında

DÇ-2022-yə vəsiqə qazanan daha iki komanda müəyyənləşib. Bu ölkələrin adlarına Avropa zonası üzrə pley-off finallarından sonra aydınlıq gəlib.

B yolunun həlledici qarşılaşmasında Polşa İsveçlə qarşılaşıb. İlk yarıda hesab açılmayıb. İkinci hissədə hakim İsveçin qapısına penalti təyin edib. Robert Levandovski 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib – 1:0. Oyunda son nöqtəni isə Pyotr Ziyelinski qoyub. 2:0 hesabı ilə qalib gələn Polşa millisi dünya çempionatına vəsiqə qazanıb.

C yolunun final görüşündə Portuqaliya Şimali Makedoniyanı qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə keçən görüşdə hesab ilk hissədə açılıb. Kriştiano Ronaldonun ötürməsini Bruno Fernandeş qolla tamamlayıb. Sonuncu ikinci hissədə dublunu rəsmiləşdirib – 2:0. Bu hesabla da qalib gələn Portuqaliya yığması Qətərə yollanmağa haqq qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Eriksen ürəyinin dayandığı stadionda kapitan olacaq

Növbəti yazı

Ronaldo uğursuz seriyaya son qoydu