Portuqaliya və İspaniyanın 1/8 final sınağı
Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə yekun vurulacaq. Mərhələnin son günündə iki matç keçiriləcək.
Qətərdəki mundialın 17-ci günü Mərakeş – İspaniya qarşılaşması ilə başlayacaq. Belçikanı qrupda saxlayan afrikalılar növbəti sensasiya üçün mübarizə aparacaq. Son iki görüşdə qalib gəlməyən avropalılar isə 1/4 finala vəsiqə qazanmağa iddialıdır.
1/8 finalın son görüşündə iki Avropa təmsilçisi qarşılaşacaq. Portuqaliya İsveçrəni sınağa çəkəcək. Kriştiano Ronaldo və komandası çətin sınaqdan üzüağ çıxmağa çalışacaq.
Qeyd edək ki, 1/4 final oyunları dekabrın 9-10-da keçiriləcək.
DÇ-2022
1/8 final
6 dekabr
19:00. Mərakeş – İspaniya
“Edyukeyşn Siti” stadionu
23:00. Portuqaliya – İsveçrə
“Lusail” stadionu