Portuqaliya qələbəni son dəqiqədə əldə etdi
AVRO-2024 davam edir. Bu gün turnirin 1-ci turuna yekun vurulub.
Portuqaliya Çexiya ilə qarşılaşıb. Matçda hesabı çexlər açıb. Lukas Provod fərqlənib. Lakin pireneylilər özündə güc tapıb, oyunda dönüş yaratmağı bacarıb. Öncə Robin Xranaç avtoqol müəllifi olub. Ardından isə son dəqiqlərdə Fransisko Konseyçao komandasına qələbə qazandırıb – 2:1.