Portuqaliya millisində itki
Portuqaliya millisində ciddi itki baş verib. “Çelsi”nin futbolçusu Pedro Neto DÇ-2026-nın seçmə mərhələsinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
25 yaşlı vinger fiziki durumu səbəbindən baş məşqçi Roberto Martinezin qərarı ilə heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, Portuqaliya millisi noyabrın 13-də İrlandiyanı qonaq edəcək, üç gün sonra isə Ermənistanı qəbul edəcək.












