Portuqaliya millisində istefa

Portuqaliya millisində istefa

Portuqaliya millisinin baş məşqçisi Fernando Santoş istefa verib. Bu barədə Portuqaliya Futbol Federasiyasının saytında qeyd olunub.

68 yaşlı mütəxəssisin müqaviləsi 2024-cü ilədək olsa da, tərəflər müqaviləni vaxtından əvvəl xitam etmək barədə razılığa gəlib.

Qeyd edək ki, Fernandu Santuş 2014-cü ildən Portuqaliya millisinin çalışdırırdı. Onun rəhbərliyi altında yığma 2016-cı ildə Avropa çempionu və 2019-cu ildə Millətlər Liqasının qalibi olmuşdu.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 16.12.2022

Növbəti yazı

Üç futbolçu milliyə dəvət aldı