Portuqaliya millisi finalda

Portuqaliya millisi finalda

UEFA Millətlər Liqasında “Dördlər finalı”na start verilib. İlk yarımfinal matçında Almaniya Portuqaliya yığmasını sınağa çəkib.

Görüşdə hesabı bundestim açıb. Lakin Pireney təmsilçisi iki qol vuraraq finala yüksəlməyi bacarıb.

Komandanın həlledici matçdakı rəqibi İspaniya – Fransa cütünün qalibi olacaq.

Millətlər Liqası
4 iyun
23:00. Almaniya – Portuqaliya – 1:2
Qollar: 
Virts, 49 – Konseysao, 63. K. Ronaldo, 68
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, “Alyans Arena”

ETOPAZ

Əvvəlki yazı

Sinner çempion oldu

Növbəti yazı

“Şamaxı”dan yeni transfer