Portuqaliya Millətlər Liqasının qalibi oldu
Millətlər Liqasında mövsümə yekun vurulub. Münhendə final matçı keçirilib.
Həlledici görüşdə Portuqaliya İspaniya ilə qarşılaşıb. Matçda hesabı ispanlar açıb. Martin Zubimendi fərqlənib. Çox keçmədən Nuno Mendeş hesabı bərabərləşdirib.
“Qırmızı fürya” Mikel Oyarzaballa yenidən önə keçib. Lakin Kriştiano Ronaldonun qolu oyunu əlavə vaxta daşıyıb. Burada qalib müəyyənləşməyib və qalib penaltilər seriyasında bəlli olub. Portuqaliya 5:3 hesabı ilə qələbə qazanaraq, turnirin ikiqat çempionu adına yiyələnib.
UEFA Millətlər Liqası
8 iyun
Final
22:45. Portuqaliya – İspaniya 2:2 pen. 5:3
Baş hakim: Sandro Şorer (İsveçrə)
Münhen. “Allianz Arena”