Portuqaliya, Braziliya və İsveçrənin 1/8 final şansı
Bu gün Qətərdə keçirilən DÇ-2022-də qrup mərhələsinin II turuna yekun vurulacaq. Çempionatın 9-cu oyun günündə G və H qruplarında oyunlar keçiriləcək.
G qrupunda öncə autsayderlər meydana çıxacaq. Kamerunla Serbiya 1/8 final şansını qorumaq üçün mübarizə aparacaq. Liderlər Braziliya və İsveçrə növbəti mərhələyə adlamaq yolunda böyük addım atmağa çalışacaq. Bu matçın qalibi digər oyunun nəticəsindən asılı olaraq hətta öncədən 1/8 finala da yüksələ bilər.
Kriştiano Ronaldolu Portuqaliya Uruqvayla görüşəcək. İstənilən hesablı qələbə pireneyliləri növbəti raunda daşıyacaq. Qana isə qrupda qalmamaq üçün Cənubi Koreyadan xal almalı, şansını minimuma endirməmək üçün qalib gəlməlidir.
DÇ-2022
Qrup mərhələsi
II tur, 28 noyabr
G qrupu
14:00. Kamerun – Serbiya
“Al Janub” stadionu
H qrupu
17:00. Cənubi Koreya – Qana
“Edyukeyşn Siti” stadionu
G qrupu
20:00. Braziliya – İsveçrə
Stadion 974
H qrupu
23:00. Portuqaliya – Uruqvay
“Lusail” stadionu