Portuqaliya-Azərbaycan oyununun vaxtı və stadionu açıqlandı

Portuqaliya-Azərbaycan oyununun vaxtı və stadionu açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.

B qrupunun I turu çərçivəsində sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq.

Görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Qeyd edək ki, U-21 milli komandamız sentyabrın 9-da seçmə mərhələnin ikinci turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Qonzales İspaniya yolunda

Növbəti yazı

“Napoli”nin transfer hədəfi