Portuqaliya 6 qolla 1/4 finalda
Dünya çempionatında 1/8 finala yekun vurulub. Son matçda Portuqaliya İsveçrə ilə qarşılaşıb.
Görüş pireneylilərin üstünlüyü ilə başlayıb. Öncə Qonçalo Ramos hesabı açıb, ardınca Pepe fərqi iki topa çatdırıb. İkinci hissə də eyni tempdə keçib. Ramos dublunu rəsmiləşdirib. Çox keçməmiş Rafael Gerero adını tabloya yazdırıb. 3 dəqiqə sonra İsveçrə hesab arasındakı fərqi azaldıb. Manuel Akanci fərqlənib. Lakin yenidən səhnəyə Ramos çıxıb. O, het-trikə imza atıb. Oyunda son nöqtəni isə Rafael Leao qoyub – 6:1.