“Porto” ilk dəfə
“Porto” tarixində ilk dəfə Portuqaliya Liqa Kubokunu qazanıb. Final görüşündə əzəli rəqiblərindən olan “Sportinq”lə qarşılaşan “əjdahalar” 2:0 hesablı qələbə qazanıb.
Bu, “Porto” üçün 2007/08 mövsümündən etibarən keçirilən turnirdə ilk qələbədir. Komanda əvvəllər 4 dəfə finala yüksəlib. Lakin 2010, 2013, 2019 və 2020-ci illərdə finalda məğlub olublar. “Sportinq” isə artıq 4 dəfə bu kuboku qazana bilib.
Bununla da “Porto” rəsmi olaraq 83 titul qazanıb. Bu göstərici ilə 82 titul qazanmış “Benfika” arxada qoyulub.