“Portlend”də yeni forvard
“Portlend” heyətinə yeni basketbolçu qatıb. NBA klubu Uesli Ayvandu ilə müqavilə imzalayıb.
27 yaşlı hücumçu “Bleyzers”in təlim-məşq toplanışında iştirak edəcək. O, heyətdə yer qazanmaq üçün mübarizə aparacaq.
Ayvandu NBA-da 5 mövsüm keçirib. O, “Orlando”, “Dallas”, “Yeni Orlean” və “Atlanta”da 226 oyuna çıxıb. Forvard orta hesabla 4,4 xal, 2,5 ribaund, 0,9 ötürməyə imza atıb.