“Portlend”də itki
“Portlend” ciddi itki ilə üzləşib. Olivye Sarrın müayinəsi onun sağ biləyində qırıq olduğunu üzə çıxarıb.
Basketbolçu ən azı altı həftə buraxmalı olacaq. Bir müddət əvvəl ikitərəfli müqavilə imzalayan fransalı yalnız ilin sonunda heyətə dönəcək.
Sarr 2021-ci ili draftında seçilməyib. O, “Oklahoma”da 21 matç keçirib.
Qeyd edək ki, ötən mövsüm basketbolçu orta hesabla 7,0 xal və 4,2 ribaunda imza atıb.