Poqbanın durumuna aydınlıq gəldi

Poqbanın durumuna aydınlıq gəldi


Pol Poqba Fransa millisinin məşqi zamanı bud nahiyəsindən zədə alıb və komandadan ayrılıb. “Mançester Yunayted”in yarımmüdafiəçisinin zədəsinin ciddiliyi məlum olub.

28 yaşlı futbolçu daha dərindən müayinə üçün Mançesterə qayıdacaq. İlkin ekspertiza futbolçunun 8-10 həftə oynamayacağını göstərir. Bu isə o deməkdir ki, Poqba bu il daha meydana çıxmaya bilər.

Xatırladaq ki, yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 9 oyunda 7 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”in Ronaldonu itirmək təhlükəsi

Növbəti yazı

Kerber məşqçisi ilə üçüncü dəfə yollarını ayırdı