Poqbanın cəzası müəyyənləşmək üzrədir
Pol Poqbanın cəzası bəlli olmaq üzrədir. Futbolçu 4 il müddətinə diskvalifikasiya oluna bilər.
Antidopinq prokurorluğu yarımmüdafiəçinin cəzalandırılmasında israr edir. O, avqustun 20-də testosteron üçün dopinq testindən keçib və təkrar müsbət nəticələnib. Fransalı futbolçu müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb
Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilə qədərdir.