Poqbadan “Mançester Yunayted” qərarı
Fransa millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba yeni müqavilə ilə bağlı ilkin qərarını verib. O, daha altı ay gözləməyi məqsədəuyğun sayıb.
Bu üzdən yarımmüdafiəçi və agenti Mino Rayola Premyer Liqa təmsilçisi ilə danışıqları dayandırıb. Onlar müqavilənin uzadılması ilə bağlı müzakirələri gələn ilin aprelində bərpa etməyə qərar veriblər. Poqbanın Mançester klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.