Poqba zədələndi

Poqba zədələndi

“Yuventus”un futbolçusu Pol Poqba yenidən zədələnib. Məşqləri yeni bərpa edən fransalı yarımmüdafiəçi hazırlıq prosesində xəsarət alıb.

Onun bərpa prosesi ən azı 10 gün sürəcək. Pol Qətərdəki DÇ-2022-nin startına qədər “Yuventus” forması geyinə bilməyəcək.

Yarımmüdafiəçinin Fransa millisi ilə mundialda iştirak şansı möcüzə hesab olunur. 29 yaşlı futbolçunun yalnız 2023-cü ildə tam hazır olacağı gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

Jezuş “Real”ın maraq dairəsində

Növbəti yazı

“Mənim üçün “Çelsi” hekayəsi bitdi”