Poqba Turində
Pol Poqba sabiq klubu “Yuventus”a qayıdıb. O, artıq Turindədir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Mançester Yunayted”lə müqaviləsi başa çatan fransalı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün İtaliyaya gəlib. Onunla gün ərzində müqavilə imzalanacağı gözlənilir.