Poqba qol həsrətinə son qoydu
İngiltərə Premyer Liqasında 24-cü tur çərçivəsində “Bernli” “Mançester Yunayted”i (1:1) qəbul edib. Görüş qonaqların yarımmüdafiəçisi Pol Poqba üçün əlamətdar olub.
Fransalı futbolçu “qırmızı şeytanlar”ın yeganə qolunu vurub. 28 yaşlı oyunçu 1 il 1 aylıq həsrətinə son qoyub. Belə ki, o, bu müddətdə ölkə çempionatında rəqib qapılarına yol tapa bilmirdi.
Xatırladaq ki, Poqba son qolunu 2021-ci ilin yanvar ayında “Fulhem”in qapısına vurub.